İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin şərqində mülki şəxslərin sığındığı məktəbi hədəf alması nəticəsində 5 fələstinli həyatını itirib.
Missiya.Az xəbər verir ki, bu barədə Mülki Müdafiə qrupları məlumat yayıb.
Hücum nəticəsində 15 nəfər yaralanıb.
Açıqlamada 5 nəfərin meyitinin bombalanan məktəbin dağıntıları altından çıxarıldığı qeyd edilib. Ölən fələstinlilərin və yaralıların cəsədləri Əl-Ehli Baptist Xəstəxanasına çatdırılıb.
Leyla SƏMƏNDƏRMissiya.Az