EN

“Facebook Srbazan adı altında olan paylaşımları blok edir“ - Keçmiş erməni deputat

Ermənistanda inqilab arzusunda olan keşiş Baqrat Srbazanın adı Facebookda "qara siyahı"ya düşüb.

News365.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat yayıılıb.

İctimai-siyasi xadim, keçmiş deputat Naira Zohrabyan Facebook-da bununla bağlı paylaşım edərək yazıb: “Axmaqsınızmı?. Facebook iyunun 2-də paylaşdığım statusu öz qaydalarının kobud şəkildə pozulması hesab edərək sildi. Facebookun "müqəddəs" qaydalarını pozan nə yazdığımı bilirsinizmi? İyunun 2-də sadəcə olaraq Müqəddəs Baqrat Srbazanın şəklini yerləşdirdim. Yəqin ki, Facebook üçün “qatil” sözü kimi tərcümə olunub. Şəklin üstündə sadəcə “Srbazan” yazmışdım. Bütün problem bu addadır. And içirəm ki, yalnız Baqrat Srbazanın şəkli və bir söz paylaşmışdım..."

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
news365.az

1Sources