EN

Bəs niyə gəlməyək?! - Ən az səs toplayan namizəddən çağırış

İranda 14-cü prezident seçkilərinin birinci turunda ən az səs toplamış Mustafa Purməhəmmədi seçicilərə çağırış edib.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, o, insanları seçkidə iştiraka dəvət edən bəyanatında vurğulayıb:

"Bilməlisən ki, sən və mən gəlməməyimiz vəziyyəti yaxşılaşdırmayacaq, amma bizim gəlişimiz və diqqətli seçimimizlə hər şey var. Yaxşılaşmaya ümid edirsən, bəs niyə gəlmirsən?"

"Mən hamınızdan vicdanla və təvazökarlıqla xahiş edir və gözləyirəm ki, gəlin bütün narahatlıq, şikayət və tənqidlərdən asılı olmayaraq, ölkəmizə, taleyimizə həmrəyliyimizi və bağlılığımızı ifadə etməyə qərar verək. Mən sizə kimə səs verəcəyini demirəm, amma təkid edirəm, seçki məntəqlərinə gəlin və başqalarını da dəvət edin. Ümidsizlik və bədbinlik atmosferinin bizə qalib gəlməsinə imkan verməyək.

Bilməlisən ki, sən və mənim gəlməməyimiz vəziyyəti yaxşılaşdırmayacaq, amma bizim gəlişimiz və diqqətli seçimimizlə yaxşılaşmaya ümid var, bəs niyə gəlməyək?!" - deyə o, müraciətində qeyd edib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
1
yenisabah.az

2Sources