EN

Le Pen mütləq parlament çoxluğunu qazanacağına ümid edir

Fransa parlamentinin buraxılmış aşağı palatasının - Milli Assambleyanın ultrasağçı Milli Birlik fraksiyasının rəhbəri Marin Le Pen iyulun 7-də keçiriləcək seçkilərdən sonra partiyasının mütləq parlament çoxluğuna ümid edir.

525.az xəbər verir ki, bu barədə xanım siyasətçi TF1kanalına deyib. Sağçı siyasətçi bu bazar günü parlament seçkilərinin ikinci turunda mütləq çoxluğu qazanacağına çox inandığını söyləyib.

"Fransızların dəyişiklik üçün əsl istəyi var. Onlar bu arzusunu birinci raundda ifadə ediblər”, - Le Pen deyib.
Eyni zamanda, Harris Interactive tədqiqat institutunun dərc etdiyi sorğunun nəticələri göstərir ki, Milli Birlik və onun müttəfiqləri 220-dən çox deputat mandatı əldə etməyəcəklər. 577 parlamentaridən ibarət palatada mütləq çoxluq üçün 289 və ya daha çox deputat mandatı lazımdır.

Qeyd edək ki, iyunun 30-da keçirilən parlament seçkilərinin birinci turunda ölkənin Daxili İşlər Nazirliyinin yekun məlumatlarına əsasən ifrat sağçı Milli Birlik partiyası 33,14 faiz səs toplayıb. Bu koalisiyaya 10 625 662 seçici səs verib. Milli Birlik 2022-ci ildə keçirilmiş əvvəlki parlament seçkilərinin nəticəsini 2,5 dəfə artırıb.

Pərvanə Sultanova 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
525.az

1Sources