EN

Maşın almaq istəyənlərə XƏBƏRDARLIQ - TƏLƏSİN

Yazını böyüt
Yazını kiçilt

Avtomobillərin qiymətlərin ucuzlaşması qısamüddətlidir, bazarda yeni avtomobillər çoxaldıqca, zamanla qiymətlər də stabilləşəcək.

Bu fikirləri hafta.az-a iqtisadçı-ekspert Xalid Kərimli deyib:

“Qiyməti ucuzlaşan avtomobillər köhnə maşınlardır ki, yeni qanuna qədər taksi parkında istifadə olunurdu. Artıq onlar təyinatı üzrə fəaliyyət göstərə bilməyəcəyinə görə kütləvi şəkildə bazara çıxarılırlar. Kütləvi təqdimat da istər-istəməz qiymətlərə öz təsirini göstərir. Bu tendensiya qısamüddətlidir. Sonra bazar yenidən stabilləşəcək. Çünki Azərbaycan bu avtomobilləri xaricdən idxal edir. Avtomobil bazarımızda qiymətləri alıcılar və satıcılar yox, əsasən gələn avtomobillərin dəyəri müəyyənləşdirir.

Avtomobili gətirən sahibkar maşını sata biləcəyi halda gətirir. Görsələr ki, sata bilmirlər, bu avtomobilləri gətirməyəcəklər. Bu zaman artıq daha bahalı avtomobillər idxal ediləcək. Beləliklə, bazar stabilləşəcək. Gətirilən avtomobillərin dəyəri artacaq”.
Ekspert hesab edir ki, hazırda sahibkarlara yeni avtomobilləri gətirmək daha çox sərf edir: “Hibrid və elektromobil avtomobillərə maraq keçən ildən başlayaraq sürətlə artıb. Bu avtomobillər gömrük rüsumundan da azad edilib. Xüsusən də yeni buraxılış olan bu avtomobillər ölkəmizə gətirilərkən heç bir rüsum ödənilmədiyi üçün onların qiyməti daha əlverişli olacaq. Həmin avtomobillər insanların büdcəsinə daha uyğun olduğu üçün bazarda da payları artır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
1
hafta.az

2Sources