Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” yeni mövsümə hazırlıq üçün sabah Avstriyaya təlim-məşq toplanışına yollanacaq.
Arena.az xəbər verir ki, Ağdam klubunun bu ölkədə keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqiblərdən ikisi artıq bəlli olub.
Qurban Qurbanovun çalışdırdığı kollektiv iyulun 9-da Almaniyanın “Kayzerslautern” və Çexiyanın “Viktoriya” (Plzen) klubları ilə üz-üzə gələcək. Eyni günə təsadüf edəcək bu görüşlərdən birincisi saat 14:30-da, ikincisi isə 20:00-da başlayacaq.
“Qarabağ” Tirolda bütövlükdə 4 yoldaşlıq oyunu keçirəcək. Digər rəqiblərin kimliyinə daha sonra aydınlıq gələcək.