EN

Putin yeni təhlükəsizlik nizamı yaratmağı planlaşdırır

Bu fikirlər "Bloomberg"də dərc olunan məqalədəndir.

Yeni briqadalar Kiyevi xilas edəcəkmi? - ISW "təchizat böhran"ından yazdı
Məqalədə Putinin Astanada keçirilən təhlükəsizlik sammitindəki çıxışından sitat gətirilib. Kreml rəhbəri qeyd edib ki, "Rusiyanın əsas məqsədi bəzi ölkələrə birtərəfli üstünlüklər verən köhnəlmiş avrosentrik, avroatlantik modelləri əvəz etməkdir. Belə bir dünya nizamının, köhnə modelin nəticəsi isə hamıya məlumdur - bütün dünyada böhranların sayı artmaqdadır. Bunlardan biri isə təbii ki, Ukraynadır".

Nəşr yazıb ki, Rusiya prezidenti Ukraynada genişmiqyaslı işğala başlamaqla İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırmış oldu.

"O, dəfələrlə Kiyev hökumətindən NATO-ya qoşulmaqla bağlı ambisiyalarından əl çəkməyi tələb edib. O NATO ki, Rusiyanın Ukraynaya hücumuna cavab olaraq Finlandiya və İsveçin də birliyə qoşulmasından sonra daha da genişlənib", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az


Chosen
16
azvision.az

1Sources