EN

"Qarabağ" Almaniya klubu ilə qarşılaşacaq

"Qarabağ" FK yay təlim-məşq toplanışı üçün iyulun 5-də Avstriyaya yola düşəcək.

İqtisadiyyat.az xəbər verir ki, Ağdam təmsilçisinin Tirolda 4 yoldaşlıq oyunu nəzərdə tutulub.

"Atlılar" iyulun 9-da saat 14:30-da "Kaiserslautern" (Almaniya), həmin gün saat 20:00-da isə "Viktoria Plzen" (Çexiya) klubları ilə üz-üzə gələcək.

Növbəti yoldaşlıq oyunlarındakı rəqiblər və həmçinin matçların vaxtı barədə daha sonra klub tərəfindən məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

3Sources