EN

Astana Bəyannaməsi qəbul edildi

 

  Qazaxıstan Respublikasının sədrliyi ilə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında Astana Bəyannaməsi qəbul edildi.

  “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi: davamlı sülh və inkişafa doğru” mövzusunda keçirilən tədbirdə Azərbaycan və Türkiyə prezidentləri də iştirak edib.

  Qazaxıstanın ŞƏT-ə 2023-cü ilin iyulundan etdiyi sədrlik Astana Zirvə toplantısından sonra Çin Xalq Respublikasına keçir.

  Xatırladaq ki, iyulun 3 və 4 tarixlərində Qazaxıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının Zirvə Görüşü oldu. Sammit “ŞƏT+” formatında keçirildi. Toplantıda 16 ölkənin dövlət və hökumət başçıları iştirak etdilər. Tədbirdə Avrasiya qitəsinin müxtəlif bölgələrindən nümayəndə heyətləri də var idi.

  Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə ediblər. Bundan əlavə, Sammitdə Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması barədə qərar qəbul edilib. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyub, təşkilatın fəaliyyəti qiymətləndirilib və gələcək üçün istiqamətləri müəyyənləşib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
trt.net.tr

1Sources