EN

Bu, cənab İlham Əliyevin müəllifi olduğu Azərbaycan modelidir- ÖZƏL

"Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman milli maraqların və dövlət mənafeyinin təmin olunması istiqamətində Azərbaycanın xarici siyasətinin diversifikasiyalaşması, çoxqütblü, çoxvektorlu siyasətin həyata keçirilməsinin tərəfdarı olduğunu bəyan edib. Bu gün də Azərbaycan Prezidenti Qazaxıstana səfər edərək Şanxay Əməkdaşlıq Təşkilatı Zirvə Toplantısında iştirak edib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib:

"Eyni zamanda, bu konfrans çərçivəsində bir sıra çox mühüm əhəmiyyətli görüşlər keçiribdir: Azərbaycan, Türkiyə prezidentlərinin və Pakistan Baş naziri arasında keçirilən görüş, Qazaxıstan prezidenti ilə keçirilən görüş. Xüsusilə, Çin lideri ilə keçirilən görüşlər və imzalanan razılaşmalar Azərbaycan və Çin arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqla Azərbaycanın dünyanın geosiyasi konfiqurasiyasının yenidən formalaşdırılmasında yerinin və rolunun nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Bəli, Azərbaycan son illər ard-arda ayrı ayrı qütbləri təmsil edən bir çox dövlətlərlə strateji müttəfiqlik və ya tərəfdaşlıq razılaşmaları imzalayır. Bununla da biz əslində hansısa təşkilat çərçivəsində fəaliyyətlə yanaşı, ikitərəfli münasibətlərə də nə qədər önəm verdiyimizi bir daha göstəririk. Eyni zamanda, Azərbaycanın bu davranışları ilə ayrı-ayrı qütblər arasında gedən mübarizədə mövqe tutmadığını, heç bir halda tərəflərdən birinə qarşı öz ərazilərindən və imkanlarından istifadə olunmasına imkan verməyəcəyini bəyan edir. Bu isə təbii ki, Azərbaycan Prezidentinin, liderimizin qlobal baxışları, vizionu ilə ölçülür. Onun dünyanın gələcəyi, bəşəriyyəti təhdid edən problemlərlə bağlı böyük geniş viziona baxışa sahib olduğunu, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində nə qədər strateji düşüncəyə sahib olduğunu göstərir. Eyni zamanda, hesab edirəm ki, bu həm də bir Azərbaycan nümunəsinin ortaya qoyulmasıdır. Çünki bu günə qədər Cənubi Qafqazda keçmiş postsovet regionunda, eləcə də keçmiş sosialist düşərgəsində tərəf müəyyən etmədən mövcudluğunu qoruyub saxlamaq və ya milli maraqları təmin etməyin mümkün olmadığı ilə bağlı yanlış təsəvvürlər, mövqelər formalaşdırılmışdı. Amma Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş, ağıllı və nəticə yönümlü strateji gedişlərinin nəticəsində biz Azərbaycan nümunəsini təqdim etməyi bacardıq. Məhz bu nümunədə ayrı-ayrı güclərin mübarizəsində mövqe seçməməklə, bu mübarizədə tərəf müəyyən etməməklə, yalnız ayrı-ayrı güclərin maraqlarına xidmət edən, tərəflərdən birinə zərbə ola biləcək davranışlar nümayiş etdirmədən, yalnız və yalnız milli maraqlara, xalqın, dövlətin maraqlarına xidmət edən mövqelər sərgiləməklə də dövlətin maraqlarını təmin etməyin mümkün olduğunu ortaya qoya bildik. Bu, təbii ki, cənab İlham Əliyevin müəllifi olduğu Azərbaycan modelidir və bu modelin effektivliyi, çevikliyi zaman keçdikcə özünü daha çox doğruldur və dünyada kifayət qədər mötəbər qarşılanmaqdadır. Hesab edirəm ki, bu yanaşmalara artıq kifayət qədər də tərəfdarlar çıxmaqdadır. Azərbaycan Respublikasının Çin Xalq Respublikası ilə imzaladığı strateji tərəfdaşlığa dair birgə bəyannamə Azərbaycan və Çin arasındakı çox böyük tarixə malik geniş vektorlu əlaqələrimizi daha da gücləndirməklə yanaşı, Azərbaycanın regional güc statusunu daha da artırmış olacaqdır. Belə razılaşmalar Azərbaycanın Cənubi Qafqazın açar dövləti olduğunu aparıcı dövlət olduğunu bir daha təsdiq edir. Eyni zamanda, Azərbaycana təzyiq və təhdidlər yolu ilə öz maraqlarını həyata keçirmək istəyən güclərə də açıq bir mesajdır. Və bu mesajın mahiyyəti Azərbaycanla yalnız və yalnız bərabərhüquqlu, daxili işlərə müdaxilə etmədən, ərazi bütövlüyü və dövlət suverenliyinə hörmət etməklə qarşılıqlı maraqlara əsaslanan münasibətlər saxlamağın mümkünlüyünü diktə edir. Hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev belə çox vektorlu, uzaq nəticələrə hesablanmış strateji baxışları, yanaşmaları ilə Azərbaycanın perspektiv planda da dünyanın yeni düzəninin formalaşmasında çox layiqli mövqeyinin formalaşmasına, layiqli mövqe tutmasına, çox tutarlı, çox əsaslı zəmin yaradıbdır. Hesab edirəm ki, Azərbaycan xalqı olaraq, biz bu nəticələri ən yaxın zamanlarda daha geniş şəkildə müşahidə edəcəyik. Bu, liderimizin, dövlətimizin nə qədər uzaqgörən, nə qədər düşünülmüş, qlobal mübarizədə Azərbaycan maraqlarının qorunması ilə bağlı nə qədər strateji düşüncəyə sahib olduğunu bir daha nümayiş etdirmiş olur".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
olaylar.az

1Sources