EN

Fransada seçkiləri on minlərlə polis qoruyacaq

Fransa Daxili İşlər Nazirliyi növbədənkənar parlament seçkilərinin ikinci turu günü təhlükəsizliyi təmin etmək üçün 30 min polis əməkdaşından istifadə edəcək.

 

Oxu24.com xəbər verir  ki,bunu Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin France 2 telekanalının efirində deyib.



"Seçki günü 30 min polis və jandarm işləyəcək, onlardan 5 mini Paris və onun ətraflarında yerləşdiriləcək", - nazir bildirib.

 

İyunun 9-da Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə keçirilən seçkilərdə tərəfdarlarının məğlubiyyəti ilə əlaqədar Milli Assambleyanın (respublika parlamentinin aşağı palatası) buraxılması barədə qərar qəbul edib.

 

İyunun 30-da keçirilən Milli Məclisə növbədənkənar seçkilərin birinci turunun nəticələrinə görə, ifrat sağçı Milli Ralli partiyası 33 faiz səslə irəli çıxıb. Solçu “Yeni Xalq Cəbhəsi” alyansı 28 faiz, “Respublika naminə” prezident koalisiyası isə 20 faiz səs toplayıb. İyulun 7-də baş tutacaq ikinci tur həlledici olacaq.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
oxu24.com

1Sources