EN

Böyük Britaniyada parlament seçkiləri keçirilir

Bakı. Trend:

İyulun 4-də Böyük Britaniyada parlamentin aşağı palatası olanİcmalar Palatasına seçkiləri keçirilir.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Sorğulara əsasən, Böyük Britaniya tarixində yeni səhifəaçacağını vəd edən Keir Starmerin başçılıq etdiyi LeyboristPartiyasının qələbə qazanacağını proqnozlaşdırılır.

Baş nazir Rişi Sunak və onun Mühafizəkarlar Partiyasının isəböyük məğlubiyyətlə üzləşəcəyi gözlənilir.

"YouGov" tərəfindən keçirilən sorğuya əsasən, leyboristlər1832-ci ildən bəri ən yaxşı nəticə əldə edə və İcmalar Palatasında650 yerdən 431-ni qazana bilər. Bəzi analitiklər Leyboristlərinhətta 484 yer qazana biləcəyini proqnozlaşdırır. Qeyd edək ki,mayın sonunda Böyük Britaniya parlamenti buraxılanda partiyanın 202mandatı var idi.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
1
az.trend.az

2Sources