EN

“Namus üstündə” sözü yüngül cəza vəd etmir

Bilirsiniz, son illər qadınlara qarşı olan cinayət hallarının sayı artıb. 

Təəssüflə qeyd etmək lazımdır ki, bu cinayətlərə bəzən cəmiyyətin müəyyən hissəsi bəraət də qazandırır. Çünki çox zaman cinayəti törədən şəxs "namus üstündə öldürmüşəm" fikrini önə sürüb özünü haqlı çıxartmağa və doğru bir şey etdiyini göstərməyə çalışır. Hər halda, öldürülən birindən səbəbi soruşmaq mümkünsüz olduğundan bəzi cimayətkarlar özlərinə və əməllərinə "namus" bəhanəsini sığdıra bilirlər. Hətta bundan yola çıxaraq məhkəmələrdə cəzalarına yüngülləşdirmə də istəyirlər. Əvvəllər bu kimi hallar daha çox idi. Hətta kişilər arasında davalarda da ölüm halı olardısa, bunu namusla əlaqələndirib cəzasının yüngülləşməsini istəyənlər olurdu. Təbii, bu, hər kəsə şamil edilməsə də, belə hallar indi də var. 

Bəs qanun nə deyir? Məhkəmə "namus üstündə" iddiası məhkəməsə yüngülləşdirici hal kimi nəzərə alırmı? Hüquqşünas Əsabəli Mustafayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, belə qətllərdə qarşı tərəfin söylədikləri yüngülləşdirici hal kimi nəzərə alınmır: 

"Bəlkə də keçmişdə məhkəmələr bunu yüngülləşdirici hal kimi nəzərə alırdı.

İndi artıq dövr dəyişib. Məhkəmələrdə və praktikada bunun böyük əhəmiyyəti olmur. Digər ağırlaşdırıcı hal yoxdursa, istənilən halda belə qətllər Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cəzalandırılır. Yalnız o halda yüngülləşdirmə nəzərə alınar ki, şəxs xəstədir, azyaşlı övladları var. Bunun əsasında məhkəmə müəyyən güzəştlər edə bilər. Amma qanunda “namus üstündədir” deyə yüngül cəza yoxdur". 

Vəkilin sözlərinə görə, bu düşüncə nə hüquqi, nə dini cəhətdən doğrudur: 

"Həm hüquqi, həm din cəhətdən birinin həyatına qıymaq olmaz. İndiki yanaşma budur ki, xəyanət varsa, boşan, öldürmə. Qanunvericilik də bunu tələb edir. 

Bununla şəxs həm özünü bədbəxt etmiş olur, həm övladlarını. Təkcə qadın cinayətləri deyil, digər cinayətlərdə də “namus məsələsi” varsa, cəmiyyət haqq qazandırmağa başlayır. Bu, düzgün yanaşma deyil". 

Chosen
143
cebheinfo.az

1Sources