EN

Kobaxidze: “Gürcüstanın arzusu ABŞ-la münasibətləri bərpa etməkdir”

"Gürcüstanın arzusu ABŞ-la münasibətləri bərpa etməkdir”

İqtisadiyyat.az “Vzqlyad” qəzetinə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Son bir neçə il münasibətlərimizə xələl gətirdi, gürcü tərəfinin istəyi münasibətləri bərpa etməkdir”, - Kobaxidze qeyd edib.

Gürcüstanın baş naziri əlavə edib ki, o, ABŞ ilə münasibətlərin yaxşılaşdırılmasına nikbindir. Onun sözlərinə görə, Tbilisi hazırda Vaşinqtondan qarşılıqlı addımlar gözləyir.

İyunun 6-da Vaşinqton onlarla Gürcüstan vətəndaşına qarşı viza sanksiyaları tətbiq edib. Məhdudiyyətlərə məruz qalanların siyahısına “Gürcü Arzusu” partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sadə vətəndaşlar daxildir.

Daha sonra Kobaxidze Gürcüstan hakimiyyətinə qarşı tətbiq edilən sanksiyaları təhqiramiz adlandırıb. O, tərəfdaşlıq ruhuna uyğun gəlmədiklərini bildirib və ABŞ-nin qərarını yenidən nəzərdən keçirəcəyinə ümid etdiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

2Sources