EN

"Barselona"nın sabiq futbolçusu İtaliya klubunda

2024/2025 mövsümündə İtaliyanı Çempionlar Liqasında təmsil edəcək "Bolonya" heyətini gücləndirib.

Sportal.az xəbər verir ki, İtaliya klubu “Betis”dən Xuan Mirandanın keçidini həll edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.24 yaşlı müdafiəçi yeni klubuna azad agent kimi keçib.

O, 2027-ci il iyunun 30-na qədər “Bolonya”ya məxsus olacaq.

“Barselona”nın yetirməsi olan Xuan Miranda “Şalke”də oynadıqdan sonra 2020-ci ildə “Betis”lə anlaşıb. Xuan İspaniya millisində bir oyunda meydana çıxıb.

Chosen
175
50
sportal.az

10Sources