EN

Ruud Qullit: “Kristiano Ronaldo “timsah göz yaşları” axıdırdı”

Niderland yığmasının keçmiş yarımmüdafiəçisi, əfsanəvi Ruud Qullit Portuqaliya millisinin ulduz kapitanı Kristiano Ronaldonu tənqid edib.

Arena.az bu barədə “FanzWord” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatmış oyunun 105-ci dəqiqəsində Ronaldo penaltini qola çevirə bilməyib (qapıçı). Bundan sonra ulduz hücumçu göz yaşlarına qərq olaraq, ağlamağa başlayıb. Həmçinin Ronaldo cərimə zərbələrini də “sağa-sola səpələməsi” ilə diqqət çəkib.

Oyunsonrası penaltilər silsiləsində isə portuqal ulduz qətiyyətlə nöqtəyə yaxınlaşıb və dəqiq zərbə ilə hesabı açaraq, komadansının 3:0 hesablı qələbəsinə öz töhfəsini verib.

Ruud Qullit bu məqama dair fikrini belə açıqlayıb: “Portuqaliya yığmasında ondan daha yaxşı zərbə vura bilən oyunçular var. Amma Ronaldo həmişəki kimi, diqqəti özünə cəlb etmək istədi. Düzünü desəm, bütün bunlar mənim xoşuma gəlmədi: o, bütün cərimə zərbələrini boşa verdi, penaltini dəqiq yerinə yetirə bilmədi, sonra da ağladı. Onun “timsah göz yaşları”nı gördüm. Ronaldonun özünə rəva görməyə başladığı məqam qəbuledilməzdir”, deyə “Qara zanbaq” ləqəbli əfsanə vurğulayıb.

Xatırladaq ki, Ronaldo üçün, əldən verdiyi bu penalti 2022-ci ilin fevralından bəri qola çevirə bilmədiyi ilk penalti idi. Sloven qapıçı Yan Oblak da öz növbəsində 2022-ci ilin yanvarından bəri ilk dəfə penalti zərbəsini dəf etməyi bacarıb. Ronaldo həm də XXI əsrdə milli komandaların heyətində mötəbər yarışlarda (Dünya və Avropa çempionatları) 3 penaltini əldən vermiş ilk avropalı futbolçu olub.

Chosen
68
arena.az

1Sources