Hindistanın şimal-şərqində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 48-ə yüksəlib.
"Hindustan Times" qəzetinin məlumatına görə, Hindistanın şimal-şərq əyalətlərində güclü yağışlar və daşqınlar təsirini davam etdirir.
Səlahiyyətlilər Assam və Manipur əyalətlərində daşqınlar nəticəsində həyatını itirənlərin sayının 48-ə çatdığını açıqlayıb.
Səlahiyyətlilər bölgədəki yaşayış evlərinin yağış və daşqınlardan təsirləndiyini və minlərlə insanın bölgədən təxliyə edildiyini bildirib.
Hindistan Meteorologiya İdarəsi (IMD) şimal-şərq ştatları üçün qırmızı təhlükə elan edib.