EN

Dərman almağa gedən qadın pitonun qarnından TAPILDI - FOTO+VİDEO

Dərman almağa gedən qadın pitonun qarnından TAPILDI - FOTO+VİDEO

Xəstə uşağına dərman almaq üçün evdən çıxan qadın 8 metrlik pitonun qarnında tapılıb.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, İndoneziyada piton ilan fəlakətlərinə yenisi əlavə edilib. Makassar şəhərində yaşayan 36 yaşlı Siriati adlı qadın çərşənbə axşamı günü xəstə uşağına dərman almaq üçün evdən çıxıb. Qadının evə qayıtmadığını anlayan yaxınları polisə məlumat verib.

Həyat yoldaşı arvadının başmaq və şalvarını evlərindən təxminən 500 metr aralıda yerləşən Siteba kəndində tapıb. Ərazidə gəzməyə başlayan kişi qısa müddətdə təxminən 10 metr uzunluğunda bir ilan görüb. Hələ sağ olan ilanın qarnının böyüklüyünü görən Adiansa vəziyyətdən şübhələnməyə başlayıb.

Kəndinə qayıdan kişi qonşularından kömək istəyib. Qadının meyiti ilanın qarnından tapılıb.

Hadisələrlə bağlı mətbuata açıqlama verən yerli polis rəisi bir ayda piton hücumu nəticəsində ikinci ölüm olduğunu açıqlayıb.

Dərman

Chosen
82
sonxeber.az

1Sources