"Zirə" niderlandlı müdafiəçi ilə anlaşıb
"Zirə" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) yeni futbolçu transfer edib.
Reyting.az xəbər verir ki, Moldova təmsilçisi İlunqa Patanı heyətinə qatıb.
Niderlandlı müdafiəçi Puerto Riko yaxınlığında, Atlantik okeanında yerləşən Sint-Marten adasında anadan olub.
Qeyd edək ki, İ.Pata son mövsümü Niderlandın II Liqasında çıxış edən "Top Oss" klubunda keçirib və meydana çıxdığı 33 oyunda 4 məhsuldar ötürməyə imza atıb. O, ölkəsinin yığmasında 8 oyunda meydana çıxıb və 1 qol vurub.