Oğlunun ölüm xəbərinə ürəyi dözmədi! Ata-oğul birlikdə TORPAĞA TAPŞIRILDI
Şimali Kipr Türk Cümhuriyyətində 25 yaşlı Berkay Yayla yaşadığı binanın 7-ci mərtəbəsindəki evinin eyvanından yıxılaraq dünyasını dəyişib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 25 yaşlı gəncin yaxıları ailəsinə xəbər verib. Vəfat edən şəxsin atası xəbəri eşitdikdən sonra vəziyyəti pisləşib. Xəstəxanaya aparılan atanın infarkt keçirdiyi məlum olub. Həkimlərin müdaxilələrinə baxmayaraq atanı xilas etmək mümkün olmayıb.
Berkay yaylanın meyiti yarılmadan sonra Adanaya gətirilib. Ata və oğulun cənazəsi bu gün torpağa tapşırılıb.