EN

AVRO-2024: Türkiyə millisi üçün fransalı hakim

AVRO-2024-ün 1/4 finalının Niderland - Türkiyə oyunu üçün hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, qarşılaşma fransalı baş hakimə tapşırılıb. Belə ki, matçı Kleman Turpin idarə edəcək. Ona həmyerliləri Nikolas Danis və Benjamin Paqes yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Almaniyadan olan Feliks Zvayer icra edəcək. Qeyd edək ki, Niderland - Türkiyə oyunu iyulun 6-da Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
matc.az

1Sources