Millimizin və "Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedevin yeni iş yeri müəyyənləşib.
Prosport.Az-ın xəbərinə görə, Medvedev gözlənildiyi kimi "Qarabağ" Akademiyasında işə başlayacaq.
O, ötən mövsüm AFFA U-13 Liqasında çempion olmuş komandada (2011 təvəllüdlülər) məşqçi işləyəcək. 34 yaşlı sabiq futbolçu növbəti mövsüm AFFA U-14 Liqasında çıxış edəcək komandada Samir Musayevə kömək edəcək.
Qeyd edək ki, həmin komandada Maksim Medvedevin oğulları – Miroslav və Daniil də çıxış edir.