EN

Ərdoğan TDT-nin Şuşa sammitinə qatılmayacaq

Prezident Rəcəb Tayyib Ərdoğan şənbə günü, iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak planını ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin NTV kanalı yayıb.

Mənbə yazır ki, Prezident Ərdoğan həmin gün saat Bakı vaxtı ilə saat 23:00-da Milli Futbol Komandasının Niderlandla qarşılaşacağı "AVRO 2024"ün 1/4 final matçını izləmək üçün Almaniyaya gedəcək.

Ərdoğan daha sonra 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək NATO-nun 75-ci Yubiley Sammiti üçün ABŞ-a yola düşəcək.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
1
bizim.media

2Sources