EN

Keçmiş müdafiə naziri baş katib oldu

Qazaxıstanın keçmiş müdafiə naziri ŞƏT-in baş katibi olub.

KONKRET.az xəbər verir ki, Nurlan Yermekbayev 2025-2027-ci illər üçün təşkilatın baş katibi təyin edilib. Bu barədə qərar ŞƏT-in Astana sammitində qəbul edilib.

Yermekbayev 2023-cü ilin yanvarından ŞƏT-in baş katibinin müavini, ondan əvvəl isə 2018-ci ilin avqustundan müdafiə naziri vəzifəsində çalışıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
konkret.az

1Sources