EN

Mühərriklər üçün 2035-ci il qadağası aradan qaldırıla bilər

Avropa Parlamentinə iyunun 9-da keçirilmiş seçkilər siyasi həyatdakı kimi avtomobil sənayesində də dəyişikliyə səbəb olub. 

Avtosfer.az xəbər verir ki,  parlamentin ilk iclası hələ keçirilməsə də, artıq bəzi məsələlər bəllidir. Seçkilərdə ən böyük yeri (720 yerdən 188-i) qazanan Avropa Xalq Partiyası daxiliyanma mühərrikləri ilə bağlı planlarını da açıqlayıb. 
Portuqaliyanın paytaxtı Lissabonda yığışan partiya nümayəndələri bildiriblər ki, işə başlayan kimi ekoloji normalara dəyişiklik ediləcək. Məqsəd 2035-ci ildən sonra da daxiliyanma mühərrikli avtomobillərdən istifadəyə şərait yaratmaqdır.  
Lakin karbon neytrallığı məsələsi arxa plana keçməyəcək. Bunun üçün ilk növbədə sintetik yanacaq təkmilləşdiriləcək.

Vüqar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
avtosfer.az

1Sources