EN

Səudiyyə Ərəbistanı Türkiyəyə kral müqaviləsi TƏKLİFİ

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında prezident Rəcəb Tayyib Ərdoğanın keçən il Fars körfəzinə səfəri ilə bərpa edilən münasibətlərdə üç illik fasilədən sonra münasibətlər qarşılıqlı ticarət və investisiyaya çevrilməyə başlayır.

KONKRET.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Bələdiyyə İşləri, Kənd Təsərrüfatı və Mənzil Təsərrüfatı naziri Məcid bin Abdullah Əl Hoqeyl dünən 23 yol tikintisi podratçısı və təkrar emalı şirkəti rəhbərləri ilə birlikdə Türkiyəyə gəlib.

Səudiyyəlilər Türkiyədə Şimali Mərmərə şossesi, Yavuz Sultan Səlim körpüsü və İstanbul Arbitraj Mərkəzi kimi layihələri öyrənəcəklər.

Məlumatlara görə, Səudiyyə Ərəbistanı 5 il ərzində 60,5 milyard dollar dəyərində yol layihəsi hazırlayır və bunu həyata keçirmək üçün türk şirkətlərini dəvət edir. Ankara ilə Ər-Riyad arasında buz münasibətlər dövründə səudiyyəlilər çinli və koreyalı podratçılarla çalışsalar da, keyfiyyət və işlərin vaxtında başa çatdırılması baxımından səmərəliliyə nail ola bilməyiblər.

Postneft dövrünə hazırlaşan Krallıq 1,4 trilyon dollarlıq layihələr həyata keçirməyi planlaşdırır və bu işə türk şirkətlərini də cəlb etməyi düşünür.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
konkret.az

1Sources