EN

İnsanın yaşını və xəstəliklərini bilməyin ASAN YOLU

Alimlər müəyyən ediblər ki, üz temperaturu insanın yaşını, yüksək qan təzyiqi və diabet kimi xəstəliklərini müəyyən edə bilir. 

“Cebhe.info” xəbər verir ki, araşdırmanın nəticələri Cell Metabolism jurnalında dərc olunub.

Həkimlər 21 yaşdan 88 yaşa qədər 2800 çinli xəstənin üz temperaturunu tədqiq ediblər. Yaşlı  iştirakçılar gənc iştirakçılara nisbətən daha soyuq burun və daha isti göz bölgəsinə malik olublar. Hipertoniyası olan şəxslərin  yanaqlar isə daha isti olub. Şəkərli diabet və qaraciyər yağlanması da daxil olmaqla metabolik pozğunluqları olan insanların göz bölgələri yaşıdlarına nisbətən daha isti olmasıyla diqqət çəkib.

Alimlər 23 xəstədən hər gün 800 ip atlamalarını istəyiblər. İki həftədən sonra onların "termal yaşı" beş il azalıb.

Müəlliflər üz temperaturunun ürək xəstəlikləri və yuxu pozğunluğu ilə əlaqəli olub-olmadığını araşdırmağı planlaşdırırlar. Alimlərin kəşf etdiyi temperatur fərqlərini toxunmaqla hiss etmək çətindir. Ona görə də alimlər süni intellekt və istilik xəritələrindən istifadə ediblər. Gələcəkdə onlar həkim işi üçün alət ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
50
cebheinfo.az

10Sources