Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmədə təqsirləndirilən Əhməd Əhmədovun dayısı Baxış Bədəlov “Unikal”a açıqlama verib:
“Uşaq xəstə olub,bilməyərəkdən bu işləri görüb.Mən dayı kimi zərərçəkmiş də mənimdir,vuran da mənimdir,ölən də mənimdir”.
Qeyd edək ki, Əhməd Əhmədov ailə üzvlərini qətlə yetirdiyini etiraf edib, ifadə vermək istəməyib.