EN

"Seçkidən gözləntilərimiz böyükdür, çünki..." - AMİP sədri

“Partiyamızda seçkilərlə bağlı hazırlıqlara fevral ayından start verilib. Bu proses hazırda davam etdirilir”.

Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

O, hazırlıqların yekunlaşmaq üzrə olduğunu bildirib:

“Çox böyük ehtimalla həftəsonu Siyasi Şuranın iclasında seçki ilə bağlı yekun qərarımız veriləcək. Öz namizədliyim olacaq, diqqətimizdə bir neçə dairə var”.


Partiya sədri budəfəki seçkilərdə gözləntilərinin böyük olduğunu bildirib:

“Ən azından ona görə ki, ölkədə 4 il bundan əvvəl yeni siyasi münasibətlər sisteminin əsası qoyulub, indi də bu proses davam edir. Ona görə də yeni formalaşan parlamentdən gözləntilərimiz böyükdür”.


A.Əlizadə müxalifət partiyalarının parlamentdə təmsil olunacağını bildirib:

“Seçki bir sınaqdır. Seçkilərin ədalətli keçəcəyinə ümidimiz və əminliyimiz var, əks halda iştirak etməzdik. Təbii ki, seçicidən, namizədin elektoratından və seçki kampansiyası aparmağından çox şey asılıdır. Hesab edirəm ki, ölkənin əsas siyasi palitrası parlamentdə təmsil olunacaq".


Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
1
bakupost.az

2Sources