EN

Karlsondan müəmma: Zelenski ona müsahibə verib?

Amerikalı jurnalist Taker Karlson Ukrayna Prezidenti Vladimir Zelenski ilə müsahibənin anonsunu yayıb.

Axar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Deyəsən, Zelenski ilə müsahibə aldıq, iki ildir ki, bu istiqamətdə işləyirik, xüsusən də fevralda Putinlə müsahibədən sonra bizim məqsədimiz amerikalılara onların mövqeyini əhəmiyyətli dərəcədə dəyişdirən münaqişə ilə bağlı mühüm məlumat verməkdir. Ümid edirik ki, o, tezliklə yayılacaq”, - Karlson bildirib.

Qeyd edək ki, müsahibənin dəqiq yayım tarixi açıqlanmayıb. Ümumiyyətlə, bu müsahibənin artıq götürülüb-götürülmədiyi də bəlli olmur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
1
axar.az

2Sources