EN

Əhmədin məhkəməsi başlayıb

Bakı. Trend:

İkisi azyaşlı olmaqla ailəsinin beş üzvünü amansızlıqlaöldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəməistintaqı başlayıb.

Trend-in məlumatına görə, Əhməd polisin müşayiəti iləsaxlanıldığı xüsusi xəstəxanadan Bakı Ağır Cinayətlər Məhkəməsinəgətirilib.

Məlum olduğu kimi, Əhməd ekspert rəyləri ilə anlaqsız hesabedilib. Bu səbəbdən qanunun tələbinə uyğun olaraq, məhkəmədə qanuninümayəndəsi ilə iştirak edib.

İlk baxış iclasının mahiyətinə uyğun olaraq, əvvəlcəprokurorluğun göndərdiyi qərar elan edilib.

Qərarda deyilir ki, təqsirləndirilən şəxs hadisəni anlaqsızvəziyyətdə törədib. Hazırda da ağır psixi xəstədir.

Prokurorluğun məhkəməyə göndərdiyi qərarda Əhməd Əhmədovuncəzadan azad edilərək, ixtisaslaşmış tibb müəssisəsinəyerləşdirilməsi məsələsinə baxılması təklif edilir.

Qeyd edək ki, ilin ən dəhşətli cinayəti bu ilin fevralında başverib. 25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını,bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdəittiham olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
6
az.trend.az

10Sources