EN

Hindistanda daşqın nəticəsində ölənlərin sayı artdı

Hindistanın şimal-şərqində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı artıb.
 
AZXEBER.COM xarici mətbuatına istinadən xəbər verir ki, \"Hindustan Times” qəzetinin məlumatına görə, Hindistanın şimal-şərq əyalətlərində güclü yağışlar və daşqınlar təsirini davam etdirir.

Səlahiyyətlilər Assam və Manipur əyalətlərində daşqınlar nəticəsində həyatını itirənlərin sayının 48-ə çatdığını açıqlayıb.

Səlahiyyətlilər həmçinin bölgədəki yaşayış evlərinin yağış və daşqınlardan təsirləndiyini və minlərlə insanın bölgədən təxliyə edildiyini bildirib.

Hindistan Meteorologiya İdarəsi (IMD) şimal-şərq ştatları üçün qırmızı təhlükə elan edib.

Gülay
Chosen
158
50
azxeber.com

7Sources