EN

Pezeşkian Cəlilini qabaqlayır - Son sensasion sorğu

Bu gün İranda prezident seçkilərinin ikinci turu öncəsi sükut günüdür.

Axar.az xəbər verir ki, sabah baş tutacaq seçkilərin ikinci turunda prezidentlik uğrunda iki namizəd – azərbaycanlı, sabiq səhiyyə naziri Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparacaq.

Məsud Pezeşkian birinci turda 42,5%, İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili isə 38,6 faiz səs toplayıb. Seçici aktivliyi 40 faiz olub.

İranın “Şenaaxt” analitik mərkəzinin ikinci tur ərəfəsində keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Pezeşkiana, 48 faizi isə Cəliliyə səs verməyə hazırlaşır. Respondentlərin 42%-i səsvermədə iştirak etmək arzusunda olduğunu bildirib.

Nəticələrinin iyulun 6-da məlum olacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
41
axar.az

10Sources