EN

Hollandiya - Türkiyə matçının hakimi bəlli olub

AVRO-2024-ün 1/4 final mərhələsi çərçivəsində keçiriləcək Niderland-Türkiyə matçının hakimləri bəlli olub. 

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, turun bu matçını fransalı hakim Kleman Turpin idarə edəcək. 

Turpinə Nikolas Danos və Benjamin Peyks kömək edəcək. Matçın 4-cü hakimi Feliks Zveyer, VAR hakimi isə Cerom Brisard olacaq.

Klement Turpin 2024-cü il Avropa çempionatında indiyədək 2 matç idarə edib. O, turnirin açılış matçında Almaniya - Şotlandiya, eləcə də İngiltərə - Sloveniya matçında iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
apasport.az

1Sources