EN

Qarabağ erməniləri pensiyasız qalıb

Ermənistan hökuməti Qarabağdan könüllü köçmüş ermənilərin pensiyalarını ödəməkdən imtina edib. Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatları açıqlama veriblər.
Onlar deyiblər ki, söhbət 34 min 500 nəfərin pensiya təminatından gedir və İrəvan hökuməti yığılmış vəsaitlərin qanunauyğun şəkildə ödənilməsini həyata keçirmir.
Erməni deputatlar onu da deyiblər ki, Qarabağödan köçən ermənilərin yığılmış pensiyalarının ümumi məbləğinin 61 milyard dram (157 milyon dollar) təşkil edir.
Ermənistan hökuməti isə məsələ ilə bağlı konkret açıqlama verməyib. Rəsmi qurumlar bununla çalışdıqlarını, zaman lazım olduğunu deyirlər. Lakin İrəvanda hesab edirlər ki, vəziyyət heç də rəsmi açıqlamadakı kimi deyil. “Paşinyan hökuməti Qarabağdan köçən ermənilərə pensiya ödəmək fikrində deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
1
tribunainfo.az

2Sources