EN

Strateji dialoqun yüksəldilməsi ABŞ-ı Ermənistanın strateji tərəfdaşı səviyyəsinə qaldırıb

Ermənistan ABŞ-la münasibətlərinin səviyyəsini bir çox sahələrdə “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəltməyə hazırdır. Bu barədə baş nazir Nikol Paşinyanın Co Baydenə müraciətində deyilir.

“Qeyd etməkdən məmnunam ki, demokratik islahatlar, iqtisadi və enerji davamlılığının gücləndirilməsi, ədalət mühakiməsi, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək öhdəliyi Ermənistanla ABŞ-ı strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb”, - Ermənistan hökumətinin başçısı bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olması prosesində ABŞ-ın roluna əhəmiyyət verir və ABŞ-ın Ermənistan Respublikasının suverenliyi, müstəqilliyi, demokratiyası, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi dərindən qiymətləndirir.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
oxumeni.az

1Sources