EN

"Rodri ilə mövqelərimiz fərqlidir, amma..." - Toni Kroos

Almaniya millisinin yarımmüdafiəçisi Toni Kroos İspaniya seçməsinin futbolçusu Rodri ilə müqayisə olunmasına reaksiya verib. 

Fanat.Az-ın məlumatına görə, "Bayern & Germany" onun sözlərini belə çatdırıb:

"Rodri böyük oyunçudur. Fərqimiz budur ki, o, "6 nömrə"dir, mən isə yarımcinahlarda daha çox oynayıram. Yəni mövqelərimiz fərqlidir, amma ümumilikdə oxşar nələrimizsə var".

Xatırladaq ki, Almaniya və İspaniya yığmaları hazırda davam edən Avropa çempionatının 1/4 finalında üz-üzə gələcəklər. Oyun iyulun 5-də, Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
fanat.az

1Sources