EN

Snuker üzrə Çempionlar Liqasının qalibi məlum oldu

İngiltərəli Ali Karter snuker üzrə Çempionlar Liqasının qalibi olub. Həlledici görüşdə o, uelsli Cekson Peyc üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Turnirin qalibi olduğu üçün Karter 33 min funt sterlinq mükafat alıb. İkinci yeri tutan Peycə 10 min funt sterlinq ödənilib.

Ötən il turnirin qalibi final görüşündə Mark Uilyamsı məğlub edən Şon Mörfi olmuşdu.

Peşəkar reytinq üzrə snuker turniri 2024-cü il iyunun 10-dan iyulun 3-dək Lester şəhərində keçirilib. Turnirin ümumi mükafat fondu 328 min funt sterlinq (387 min avro) təşkil edib. Turnirdə 128 oyunçu iştirak edib.

Chosen
114
futbolinfo.az

1Sources