EN

“ABŞ ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə hazırıq”


Ermənistan ABŞ ilə münasibətlərini bir çox sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-nin Müstəqillik Günü münasibətilə Amerika lideri Co Baydenə müraciətində bildirilib.
“Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, demokratik islahatlar, iqtisadi və enerji davamlılığının gücləndirilməsi, ədalət mühakiməsi, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək öhdəliyi Ermənistan və ABŞ arasında strateji dialoqun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi konsepsiyasında öz əksini tapıb”, - deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri qeyd edib.
Paşinyanın sözlərinə görə, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olması prosesində ABŞ-nin roluna əhəmiyyət verir və ABŞ-nin Ermənistanın suverenliyi, müstəqilliyi, demokratiyası, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi dərindən qiymətləndirir.
“Fürsətdən istifadə edərək, Ermənistanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləmək və əmin olduğumu bildirmək istərdim ki, bu kritik dövrdə davamlı və möhkəmlənmiş tərəfdaşlığımız ölkələrimiz və region üçün dinc və daha firavan gələcək yaratmağa kömək edəcək”, - Ermənistan Baş naziri bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
1
yeniavaz.com

2Sources