EN

Kreml Ərdoğanın vasitəçiliyi ilə Kiyevlə danışıqlardan imtina edib

Peskov: “Rusiya Türkiyə Prezidentini Ukrayna ilə sülh danışıqlarında vasitəçi hesab etmir”
“Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ukrayna ilə sülh danışıqlarında vasitəçi hesab etmir”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Türkiyə liderini bu vəzifədə cəlb etməsinin mümkün olub-olmaması ilə bağlı suala Kreml rəsmisi “xeyr, mümkün deyil” deyə cavab verib.
Eyni zamanda, Peskov etiraf edib ki, Putin və Ərdoğan Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiyanın Ukrayna ilə müharibəsi mövzusunu müzakirə ediblər. İkitərəfli görüş iyulun 3-də baş tutub.
“TRT Haber”in məlumatına görə, Ərdoğan Putinə Rusiya və Ukrayna arasında müharibəyə son qoyacaq kompromis üçün “zəmin yaratmağa” hazır olduğunu bildirib. Türkiyə liderinin fikrincə, əvvəlcə Moskva və Kiyev atəşkəs barədə razılığa gələ, sonra isə hər iki tərəfi qane edəcək ədalətli sülh razılaşmasına nail ola bilərlər.
Ərdoğan həmçinin deyib ki, o, Putinin Türkiyəyə “mümkün qədər tez” səfər etməsini gözləyir. Putin isə cavabında “mütləq” gələcəyini bildirib.
Qeyd edək ki, sonuncu dəfə prezidentlər 2023-cü ilin sentyabrında Soçidə görüşüblər. O vaxtdan bəri Putinin Türkiyəyə səfər etmək niyyəti bir neçə dəfə bildirildi, lakin səfər baş tutmadı. Formal olaraq hər iki ölkədə seçki cədvəli və prezidentlərin məşğulluğu ilə əlaqələndirildi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
36
ayna.az

10Sources