EN

Naxçıvan Ali Məclisində yoxlama aparılıb

Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Mia.az Palataya istinadən xəbər verir ki, iclasda “Milli Məclis tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğunun auditinin nəticələrinə dair Auditor hesabatı” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi və tabeli qurumu tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilərək təsdiqlənib.

Chosen
45
1
mia.az

10Sources