EN

Kürdəmirdə yol qəzası olub, Pakistan vətəndaşı ölüb

Kürdəmir rayonunda yol qəzası olub, ölən və xəsarət alanlar var.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib və aşıb.

Qəza zamanı bir nəfər Pakistan vətəndaşı elə hadisə yerindəcə dünyasını dəyişib,iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

10Sources