EN

Kürdəmirdə “Prius” qəza törədib, Pakistan vətəndaşı ölüb

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var.

APA nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

“Toyota Prius” markalı avtomobilin sürücüsü Bakı istiqamətində
hərəkətdə olarkən, qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib və aşıb. Qəza zamanı bir nəfər Pakistan vətəndaşı hadisə yerindəcə dünyasını dəyişib, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
4
apa.az

10Sources