EN

YAP seçkiyə yeni komanda ilə gedir: Kimlər siyahıdan silinib? -Kəmaləddin Qafarov, Malik Həsənov…

Sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu seçkiləri  hakim Yeni Azərbaycan Partiyası daha ciddi hazırlaşır. Mənbəmiz iddia edir ki,  hakim Yeni Azərbaycan Partiyası bu seçkidə böyük dəyişiklər edəcək. Belə ki,VI çağırış Azərbaycan Respublikası Milli Məclisindən fərqli olaraq Yeni Azərbaycan Partiyası  bu seçkiyə yeni komanda ilə yola çıxacaq. Yeni komandada VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü olan bir çox deputat olmayacaq. İndidən bu komandada Müşfiq Cəfərov,Nizami Cəfərov ,Rauf Əliyev ,Əhliman Əmiraslanov ,Ziyafət Əsgərov,Emin Hacıyev ,Sevinc Hüseynova,Ülviyyə Həmzəyeva ,Malik Həsənov ,Nurlan Həsənov ,Eldar İbrahimov,İmamverdi İsmayılov ,Şahin İsmayılov,Pərvin Kərimzadə ,Sadiq Qurbanov ,Aydın Mirzəzadə,Anar Məmmədov ,Aqil Məmmədov,İlham Məmmədov ,İqbal Məmmədov,Məşhur Məmmədov ,Aqiyə Naxçıvanlı, Bəxtiyar Sadıqov ,Əliabbas Salahzadə ,Vasif Talıbov ,Sədaqət Vəliyeva,Fatma Yıldırım millət vəkillərinin olmayacağı dəqiqdir. Mənbəmiz iddia edir ki, YAP-ın daha bir namizədi olan Kəmaləddin Qafarov da bu seçki yarışında olmayacaq. Mənbə iddia edir ki, Kəmaləddin Qafqarovun qəlimi sındırılıb və ona bu seçkilərdə mandat verilməyəcək. Kəmaləddin Qafarovun qələminin sındırılması isə onun bir il öncə verdiyi qeyri-peşəkar müsahibə olduğu iddia edilir. Bir sözlə “dərman kralı” bu seçkilərdən kənarda qalacaq. Kəmaləddin Qafarov kimdir və onun parlamentə yolu necə açılıb?

Kəmaləddin Qafarov  Bakıda kimya-biologiya təmayüllü məktəbi bitirb və Naxçıvanda universitetdə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib.

Olduqca maraqlı bir məqam isə  Bakıda məktəbi bitirən məzunun gedib Naxçıvanda, özü də meyvə-tərəvəzçilik, üzümçülük fakültəsini bitirməsidir.

Və ən maraqlısı isə onun  sonra gəlib Milli Onkologiya Mərkəzində rəhbər olmasıdır.

Milli Onkologiyadan sonra 2015-ci ildə Binəqədidən Milli Məclisin deputatı seçilib.

Kəmaləddin Qafarov həm də “AzəriMed” şirkətinin sahibidir.
Milli Onkologiya Mərkəzi (MOM) qanunla müəyyən olunmuş qaydalarını aşkarcasına pozaraq, “AzəriMed” şirkəti ilə heç bir tender olmadan 43 milyon manatlıq alqı-satqı aparıb. Təsəvvür edin, K.Qafarov həm dövlətin 43 milyon vəsaitini verib-alandır, həm də öz şirkətinin 43 milyon manatlıq malını satan.

Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq müqavilə imzalayıb.

2018-ci ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.
Kəmaləddin Qafarov “Zəfəran” apteklər şəbəkəsinin sahibidir.
Bunlara qane olmayan Qafarovlar ailəsi həm də “VERSAL PALACE” MTK-ya sahibdir, Ağ Şəhərdə binalar tikir. Qafarovun xeyli biznesini yaxın qohumu Canilya Qafarova idarə edir.

Bir sözlə artıq kluarlardan danışılanlara inansaq Kəmaləddin Qafarov bu dəfə kənarda qalacaq. Onun niyə cəzalandırıldığı isə çoxları üçün müəmmalıdır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
100
moderator.az

1Sources