İmişlidə 43 yaşlı kişini maşın vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi istiqamətində baş verib.

“Toyota Corolla” yolu piyada keçən 1981-ci il təvəllüdlü, İmişli rayon sakini Şükürov Elburs Adəm oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info