EN

“Qaçqınkom” daha bir ailənin mənzilini əlindən alır – MƏHKƏMƏ

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti növbəti dəfə bir ailənin məskunlaşdığı evdən çıxarılması üçün məhkəməyə müraciət edib.

Tribunainfo.az xəbər verir ki, “Qaçqınkom”un Mənzil İstismar Departamenti məhkəmədə Mahmudova Şəlalə Xanoğlan qızı və Mahmudov Əkbər Əli oğlu ilə bağlı iddia qaldırıb.
İşin mahiyyəti müqavilələrin ləğv edilməsidir. İddiaçı “Qaçqınkom” Mahmudovların yaşadıqları mənzildən çıxarılmasını tələb edir.

İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İşə 29 iyul tarixində hakim Mirnəsir Mirhəsənlinin sədrliyi ilə baxılacaq.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources