UEFA-nın mətbuat xidməti 2024-cü il Avropa çempionatının 1/8 final mərhələsində vurulan ən yaxşı qol üçün səsvermənin başlandığını elan edib. Siyahıya bu turda vurulan 4 qol daxildir: ingilis Cud Bellingemin İngiltərə - Slovakiya matçında aşırma zərbə ilə vurduğu qol, ispanlar Niko Uilyams və Fabian Ruizin İspaniya – Gürcüstan oynunda vurduqları qollar, eləcə də isveçrəli Ruben Varqasın İsveçrə - İtaliya matçında qapıya vurduğu top.