EN

Erməni qızı Azərbaycanla sərhəddən şəkil yaydı - Ermənilər HƏYƏCANLANDI

Ermənistanın Tavuş rayonunun Azərbaycanla sərhəddə yerləşən Kirants kəndinin sakini Qohar Vardanyan həmyerlilərini təşvişə salacaq məlumat yayıb.

Modern.az xəbər verir ki, erməni qızı özünün Facebook səhifəsində sərhəddən çəkilən şəkli aşağıdakı qeydlə paylaşıb:

“Azərbaycan sərhədçiləri, mən, erməni sərhədçiləri... Yeri gəlmişkən, Azərbaycan bayrağı addım-addım irəliləyir”.

Qohar Vardanyanın paylaşımını Ermənistan mətbuatı da yayıb. Erməni qızının paylaşımı sosial şəbəkələrdə həyəcan və təşviş yaradıb, ermənilər Paşinyan hakimiyyətini Qazaxın işğaldakı 4 kəndini Azərbaycana qaytardığına görə söyüblər.

Qeyd edək ki, Tavuş rayonunun Kirants kəndi Qazax rayonunun Xeyrimli kəndi ilə üzbəüz ərazidə yerləşir.

Xatırladaq ki, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikasının delimitasiya komissiyalar arasında Qazaxın 4 kəndinin qaytarılması barədə razılıq əldə edilib.

15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Texniki Protokol razılaşdırılıb və bu barədə müvafiq sənəd mzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

 24 may 2024-cü il tarixində həmin kəndlər Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

A.Qorxmaz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
2
modern.az

3Sources