EN

Deputat: “Bakı metrosunda kondisionerlərin işləməməsi qəbuledilməzdir, bir halda ki gedişhaqqı artırıldı...”

“Bakı metrosundakı qatarlarda kondisionerlərin işləməməsi qəbuledilməzdir. İstər yay, istərsə də qış ayları olsun. Qatarlarda kondisionerlərin mütləq düzgün, normal işləməsi vacibdir. Bu, insanların sağlamlığı üçün önəmlidir. Belə hallar varsa, aradan qaldırılmalıdır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev metrolarda kondisionerlərin işləməməsi barədə şikayətlərə münasibət bildirərkən deyib. 

 

“Bu gün hər birimiz vətəndaşların rahatlığı, onların sağlamlığı üçün lazımi tədbirlər görməyə borcluyuq. Metro xidməti mütləq yaxşılaşdırılmalı və insanların tələbatını təmin etməlidir. Bir halda ki gedişhaqqı artırılır, xidmətin də səviyyəsi yüksəldilməlidir. Çünki bu, bir vəzifədir. Bu vəzifəni icra edənlər öz işlərinə məsuliyyətlə yanaşmalı, insanların sağlamlığının qeydinə qalmalı, xidmət səviyyəsini yüksəltməlidirlər”, - komitə sədri bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 4 İyul 2024, 10:32   
Chosen
36
3
pravda.az

4Sources