EN

İsrail İordan çayının qərb sahilindəki torpaqları zəbt edir

İsrail mərkəzli "Sülh İndi" qeyri-hökumət təşkilatı İsrailin işğal altındakı Qərb Şəriyənin İordan Vadisi bölgəsində 12,7 min hektar ərazini ələ keçirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, təşkilatın açıqlamasında bunun 1993-cü il Oslo razılaşmasından sonra İsrail tərəfindən müsadirə etdiyi "ən böyük torpaq" olduğu və bunun Qəzzada davam edən müharibə ilə artan gərginliyi daha da artıracağı bildirilib. Həmçinin bildirilib ki, İsrail bu qərarı iyunun 25-də təsdiqləyib, lakin çərşənbə günü ictimaiyyətə açıqlanıb. İsrail hökuməti martın sonunda İordan çayının qərb sahilində "dövlət torpağı" olduğunu iddia edərək 8 min hektar ərazini ələ keçirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources